Dünya

Tonlarla narkotik ələ keçirildi

Dominikan Respublikasında keçirilən əməliyyat çərçivəsində 9,5 ton narkotik maddə müsadirə edilib. Milli Narkotiklərə Nəzarət Müdirliyinin (DNCD) verdiyi açıqlamada, Dominikan Respublikasının əsas limanı olan Caucedo Multimodal Limanında həyata keçirilən əməliyyatda 2 konteynerdə 320 kisəyə gizlədilmiş 9,5 ton narkotik maddənin ələ keçirildiyi bildirilib. Əməliyyat zamanı ələ keçirilən narkotik miqdarının son illərdə ələ keçirilən ən yüksək məbləğ olduğu, yükün Qvatemaladan edildiyi və oradan Belçikaya göndərilməsinin planlaşdırıldığı vurğulanıb.

Açıqlamada narkotik maddələrin aşkar edildiyi qablardan birinin banan yükləndiyi bildirilib və Dominikan hökumətinin torpaqlarından qeyri-qanuni fəaliyyətlər üçün istifadə etməyə çalışan cinayət təşkilatlarına qarşı qətiyyətli mübarizəni davam etdirəcəyi bildirilib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdə gərginlik neftin qiymətini 112 dollardan yuxarı qaldırdı

Aynur Camal

Qəzzada xəstəxanalar yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandıra bilər

Aynur Camal

Zeytun yığımı zamanı 409 hücum qeydə alındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu