17 C
Baku
10 İyun 2025, 5:25
Mədəniyyət

“Toppuş bacı” ilə vida mərasimi keçirilir-FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir.

Bugun.tv  xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Əməkdar artist Dilarə Əliyeva bildirib ki, Tünzalənin sağalacağına inanırdı:

“Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat eşqi var idi ki… Azərbaycan televiziyası, kinosu, teatrı Tünzalənin timsalında çox böyük aktrisanı itirdi”.

D.Əliyeva sonuncu dəfə ötən həftə danışdığını qeyd edib:

“Sonuncu dəfə ötən həftə danışdıq. Yaşamaq istəyirdi. Bütün tamaşaçılar dünən bu sənətkar üçün göz yaşı tökdülər. Qısa, mənalı və dolğun ömür yaşadı”.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Rasim Balayevin yaradıcılıq gecəsi keçiriləcək

Kəmalə Sultan

Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək

Aynur Camal

Bu gün yazıçı-nasir, kinoredaktor Fərman Kərimzadənin doğum günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu