22 C
Baku
13 Sentyabr 2025, 20:22
Mədəniyyət

“Toppuş bacı” ilə vida mərasimi keçirilir-FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir.

Bugun.tv  xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Əməkdar artist Dilarə Əliyeva bildirib ki, Tünzalənin sağalacağına inanırdı:

“Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat eşqi var idi ki… Azərbaycan televiziyası, kinosu, teatrı Tünzalənin timsalında çox böyük aktrisanı itirdi”.

D.Əliyeva sonuncu dəfə ötən həftə danışdığını qeyd edib:

“Sonuncu dəfə ötən həftə danışdıq. Yaşamaq istəyirdi. Bütün tamaşaçılar dünən bu sənətkar üçün göz yaşı tökdülər. Qısa, mənalı və dolğun ömür yaşadı”.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

 Can Yamanın dodaqlarının çəhrayılığı diqqət çəkib

Kəmalə Sultan

Abşeronun mədəniyyət işçiləri əsgərlərə konsert verdilər

Bugün TV

Keçmiş KVN iştirakçısı çıxışına görə ona olan hücumdan danışdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu