25 C
Baku
20 İyul 2025, 8:34
DünyaHadisə

Toqquşmalar zamanı səfirliyin binasına güllə dəydi

Bugun.tv xəbər verir ki, hadisə Sudanda yaşanıb. Ölkədə baş verən qarşıdurmalar zamanı Pakistanın Xartumdakı səfirliyinin binasına 3 güllə dəyib.

Bu barədə konsulluqdan məlumat verilib.

Səfirlik Sudanın diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıdığı Vyana Konvensiyasının açıq şəkildə pozulması olduğunu qeyd edib.

Bəyanatda münaqişə tərəfləri məhdudlaşdırmağa çağırılıb. Həmçinin, Sudan hökumətindən Pakistanın Xartum səfirliyinin mühafizəsi üçün təhlükəsizliyin  təmin edilməsi xahiş olunub.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında qarşıdurma baş verib. Son məlumatlara görə, toqquşmalarda 180-dən çox dinc sakin həlak olub. Yaralıların sayı 1800-ü keçib.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Alimlər cavab verdilər: Bethoven niyə öldü?

Aynur Camal

Cənubi Koreyanın “hərbi vəziyyət” komandiri həbs edildi

Aynur Camal

TikToker yüz milyonlarla baxış aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu