ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarında baş verən tornadolar nəticəsində 6 nəfər həyatını itirib. Şimali Dakota Kass dairəsinin şerifi Jesse Jahner mətbuat konfransında həftə sonu baş verən tornado ilə bağlı açıqlama verib.
Jahner Şimali Dakota ştatının Enderlin şəhəri yaxınlığında 70-80 yaşları arasında 3 nəfərin həyatını itirdiyini bildirib.
Oneida County Şerif Ofisi, Nyu Yorkun Clark Mills bölgəsində 6 yaşlı əkiz qardaş da daxil olmaqla 3 nəfərin həyatını itirdiyini açıqlanıb.
ABŞ hökumətinin Milli Hava Xidmətinin rəsmisi Jacob Spender bildirib ki, tornadolar çoxlu ağacları kökündən qoparıb, qatar vaqonlarını aşırıb və evlərə ziyan vurub.
Bəzi ərazilərdə tornadoların sürətinin saatda 100 mili keçdiyi bildirilir.
Mənbə: HurriYet