19 C
Baku
28 İyun 2025, 9:00
Dünya

Tornado fəlakəti: 6 nəfər öldü

ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarında baş verən tornadolar nəticəsində 6 nəfər həyatını itirib. Şimali Dakota Kass dairəsinin şerifi Jesse Jahner mətbuat konfransında həftə sonu baş verən tornado ilə bağlı açıqlama verib.

Jahner Şimali Dakota ştatının Enderlin şəhəri yaxınlığında 70-80 yaşları arasında 3 nəfərin həyatını itirdiyini bildirib.

Oneida County Şerif Ofisi, Nyu Yorkun Clark Mills bölgəsində 6 yaşlı əkiz qardaş da daxil olmaqla 3 nəfərin həyatını itirdiyini açıqlanıb.

ABŞ hökumətinin Milli Hava Xidmətinin rəsmisi Jacob Spender bildirib ki, tornadolar çoxlu ağacları kökündən qoparıb, qatar vaqonlarını aşırıb və evlərə ziyan vurub.

Bəzi ərazilərdə tornadoların sürətinin saatda 100 mili keçdiyi bildirilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

27 sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirildi

Aynur Camal

Son xəbərlər… Tramp açıqladı: Qəzzada atəşkəs əldə olunub

Aynur Camal

Enerji çatışmazlığı: Məktəblər bağlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu