19 C
Baku
8 Sentyabr 2024, 3:54
Dünya

Tornado nəticəsində bir nəfər ölüb, onlarla ev dağılıb

ABŞ-ın Kanzas ştatına təsir edən tornado səbəbindən indiyədək ən azı 20 ev dağılıb, bir nəfər ölüb.

Kanzas ştatının Westmoreland şəhərinə təsir edən tornado və qasırğa şəhərdə böyük dağıntılara səbəb olub.

Səlahiyyətlilər indiyədək bir nəfərin öldüyünü, 22 evin və 3 karvanın dağıldığını bildirir; 13 ev və bir ticarət obyektinə də ciddi ziyan dəydiyi bildirilib.

Qasırğadan sonra təyin olunmuş qruplar zərərin qiymətləndirilməsi işlərində və axtarış-xilasetmə işlərində iştirak ediblər.

İndiyədək ən azı 3 nəfərin yaralandığı açıqlanıb, lakin onların vəziyyəti kritik deyil.

Qasırğanın təsiri ilə bəzi ağacların kökündən qopduğu, nəqliyyat vasitələrinin aşdığı bildirilib.

Rayon rəsmiləri çərşənbə axşamı gecə bütün şəhərin elektrik enerjisinin kəsildiyini və polis binalarının qəza generatorları ilə işlədiyini bildirib.

Bazar günü bir tornado Oklahoma da vurdu; Ən azı 4 nəfər ölüb, 100 nəfər yaralanıb. Bundan əlavə, ötən cümə günü tornadolar Nebraska və Ayova ştatlarında evlərə və bizneslərə ziyan vurub, bir nəfərin ölümünə səbəb olub.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Rusiya prezidenti ABŞ-ın aqressiv messianizmini qeyd edib

Aynur Camal

Livan-İsrail sərhədində isti saatlar! Hər iki tərəfdən intensiv atışma var 

Aynur Camal

Yanvarda İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 14 jurnalist həlak oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu