Dünya

Torontoda təyyarə qəzası: Eniş zamanı tərs çevrildi! İlk görüntülər gəldi

Son xəbərə görə, Kanadanın Toronto şəhərindəki Pearson hava limanına eniş zamanı təyyarənin tərs çevrildiyi öyrənilib. İlkin məlumata görə, Minneapolisdən gələn Delta Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxlu yaralı var.

Delta Hava Yollarına məxsus CRJ900 tipli sərnişin təyyarəsi Toronto Pearson hava limanında sərt eniş edərkən qəzaya uğrayıb. Minneapolisdən Torontoya uçan təyyarə naməlum səbəbdən eniş zamanı tərs çevrilib. 80 sərnişinin olduğu təyyarədə ilkin məlumata görə, 8 sərnişinin yaralandığı öyrənilib. Delta Hava Yollarına məxsus CRJ900 tipli sərnişin təyyarəsi Toronto Pearson hava limanında sərt eniş edərkən qəzaya uğrayıb. Minneapolisdən Torontoya uçan təyyarə naməlum səbəbdən eniş zamanı tərs çevrilib. 80 sərnişinin olduğu təyyarədə ilkin məlumata görə, 8 sərnişinin yaralandığı öyrənilib.

ABŞ-ın Minneapolis şəhərindən Kanadanın Toronto şəhərinə uçan Delta Air Lines sərnişin təyyarəsi eniş etdiyi Toronto Pearson Beynəlxalq Hava Limanında tərs çevrilib. İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər xəsarət alıb. Təyyarənin yerləşdiyi əraziyə çoxlu sayda təcili yardım qrupu göndərilib. Aeroport rəsmiləri təyyarədəki bütün sərnişinlərə və ekipaj üzvlərinə çatdıqlarını bildiriblər. Polis qəzanın səbəbinin hələlik məlum olmadığını və sərnişinlərin əksəriyyətinin təyyarədən təxliyyə edildiyini və onlara heç bir zərər dəymədiyini bildirib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yəhudi köçkünlər müsəlmanlara basqın etdilər

Aynur Camal

ABŞ-da təcili yardım təyyarəsi qəzaya uğrayıb

Aynur Camal

200 gündür itkin düşmüş Korhan Berzeq üçün ailəsi kampaniya başlatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu