Bugun.tv xəbər verir ki, Cənubi Amerika ölkəsi Ekvadorda martın 27-dən başlayan sürüşmə nəticəsində həyatını itirənlərin sayı 56-ya yüksəlib. Ölkə ərazisində baş verən sürüşmə nəticəsində 163 evə ziyan dəyib, 60 ev tamamilə dağılıb.
Ekvador Milli Risk İdarəetmə Katibliyi Çimborazo əyalətinin Alausi qəsəbəsindəki sürüşmədə yeni cəsədlərin aşkar edildiyini açıqlayıb.
Təbii fəlakətdə həyatını itirənlərin sayının artdığının və itkin düşənlərin axtarışlarının davam etdiyi paylaşılıb.
Səlahiyyətlilər hələ də yerin altında daha 30 nəfərin olduğunu və cəsədlərə çatmaq üçün ciddi iş aparıldığını bildirib.
Zərər çəkmiş 163 evdən 60-ı tamamilə dağılıb.
Yerli mətbuatda yayılan xəbərlərdə bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da sürüşməyə səbəb olduğu iddia edilib.
Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolların yenidən açılması üçün davamlı olaraq çalışdığını və martın 30-da Çimborazo əyalətində “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.
Mənbə: TRThaber