21 C
Baku
12 Sentyabr 2025, 5:10
DünyaHadisə

Torpaq sürüşməsində bir nəfər öldü

Bugun.tv xəvər verir ki, Gürcüstan ərazisində yağan güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub. Hazırda torpaq sürüşməsi nəticəsində itkin düşmüş insanın meyitinin axtarışları davam edir.

Xaraquli bələdiyyəsinin Marelsi kəndində dəmir yolu stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi yolun bir hissəsini tam dağıdıb, elektrik dirəklərini aşırıb. Stansiyada növbətçi işləyən nəzarətçi isə itkin düşüb. Onun torpaq altında qaldığı ehtimal olunur. Hazırda dəmir yolunun bərpası ilə yanaşı, həmin şəxsin cəsədinin axtarışları davam edir.

“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən paytaxt Tbilisiyə və əksinə, eləcə də daha 5 istiqamətdə qatarların hərəkəti tam dayanıb. İyulun 1-də təbi fəlakət nəticəsində qatarlarda qalan insanlar başqa nəqliyyat vasitələri ilə istədikləri yerə çatdırılıb.

Mənbə:Azərtag

 

 

Bugün TV

Oxşar xəbərlər

Yanvar ayının sosial göstəriciləri

Aynur Camal

Casio Parlaq, İdman G-Shock Saatlarını Çıxarır

Aynur Camal

Paytaxtda güclü partlayış olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu