Papua Yeni Qvineyada fəlakət yaşanır: Ölənlərin sayı 300-dən çox…
Ən azı 300 nəfərin yerin altında qaldığı bildirilərkən, 3 min 900 nəfərin fəlakətdən zərər çəkdiyi bildirilib. Papua Yeni Qvineyanın paytaxtı Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətində torpaq sürüşməsi baş verib.
Ən azı 300 nəfərin yerin altında qaldığı bildirilərkən, 3 min 900 nəfərin fəlakətdən zərər çəkdiyi bildirilib. Ən azı 6 kəndin sürüşmə nəticəsində zərər çəkdiyi öyrənilib.
Cansız cəsədlərin yerdən çıxarıldığını qeyd edən səlahiyyətlilər, can itkisinin artacağından narahatdırlar. Torpaq sürüşməsi səbəbindən magistral yollar nəqliyyata bağlansa da, bölgəyə yalnız vertolyotla nəqliyyat mümkündür.
Papua Yeni Qvineyanın baş naziri Ceyms Marape mövzu ilə bağlı verdiyi açıqlamada müdafiə rəsmilərinin, eləcə də axtarış-xilasetmə qruplarının bölgədə işlərini davam etdirdiyini bildirib. Bildirilib ki, sürüşmə nəticəsində həyatını itirənlərin sayı 300-ü keçib.
“ÜMİDİMİZ KEÇƏN HƏR DƏQİQƏDƏ AZALIR”
Beynəlxalq Miqrasiya Təşkilatı Papua Yeni Qvineya nümayəndəsi Serhan Aktoprak uşaqların ailələrindən ayrılmaq məcburiyyətində olduqlarını ifadə edərək, “Hər kəs itkin adamlarını axtarır. Bir çox insan hələ də şokdadır. “Keçən hər dəqiqə ümidlərimizi azaldır və məyusluğumuzu artırır.
Mənbə: İhlas Xəbər Agentliyi