6 C
Baku
29 Yanvar 2026, 3:22
Baş xəbərHadisə

Torpaq sürüşməsi oldu! 3 nəfər öldü!

Bugun.tv xəbər verir ki, İndoneziyada leysan yağışlar nəticəsində torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb.

İndoneziyanın Şərqi Yava əyalətinin Lumajang vilayətində təsirli olan leysan yağışlar torpaq sürüşməsinə səbəb olub. Eyni ailədən olan 3 nəfər evlərində torpaq altında qalaraq ölüb.

Sürüşmə səbəbindən bəzi yollar bağlanıb, nəqliyyatda çətinlik yaranıb. Bəzi yaşayış məntəqələrini su bassa da, əksər evlərə ziyan dəyib.

Lumacanqda çay üzərindəki körpü leysan yağışların səbəb olduğu sürüşmə nəticəsində uçub. Körpüdəki insanlar çarəsizcə qaçaraq özlərini xilas etməyə çalışıblar.

Həvəskar kameralara əks olunan görüntülərdə körpünün qalıqlarının çayda üzdüyü görülüb.

Bağlanan yolların açılması üçün işlərə başlanıldığını bildirən səlahiyyətlilər, sürüşmə səbəbindən bəzi işlərin dayandırıla biləcəyini qeyd ediblər.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İlham Əliyev sərəncam imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu