17 C
Baku
10 İyun 2025, 4:51
Baş xəbərSosial

Torpaq xidmətləri ödənişli əsaslarla olacaq

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunda dəyişikliklər edilib.

Belə ki, Azərbaycanda torpaqla bağlı dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən xidmətlər ödənişli olub.

Dəyişikliklə dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Sürüklənən sürücüyə 20 min 778 lirə pul cəzası kəsildi

Kəmalə Sultan

Tanınmış futbolçu dünyasını dəyişdi

Teymur Əziz

Son 9 ayda 50-yə yaxın mənzildən oğurluq edən şəxs saxlanıldı – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu