23 C
Baku
10 İyun 2025, 0:53
Baş xəbərSosial

Torpaq xidmətləri ödənişli əsaslarla olacaq

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunda dəyişikliklər edilib.

Belə ki, Azərbaycanda torpaqla bağlı dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən xidmətlər ödənişli olub.

Dəyişikliklə dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

5 baş naziri devirən Larri pişik hələ də iş başındadır

Aynur Camal

Tanınmış türkiyəli aktrisa Bakıda monotamaşa ilə çıxış edəcək

Aynur Camal

42 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu