22 C
Baku
8 Sentyabr 2025, 21:41
Baş xəbərKriminal

 Tovuzda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik yetişdirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Daxil olanməlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İbrahim Hacılı kənd sakini Elnur Zeynalovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikilidə xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Nakotik becırən şəxs saxlanıldı
Narkotik bitki

Əraziyə baxış zamanı oradan ümumi çəkisi 17 kq 100 qram olan 63 ədəd çətənə kolu aşkar edilib. Bundan başqa davam etdirilən tədbirlərlə şübhəli şəxsin evində 300 qram çəkidə qurudulmuş marixuana da saxlaması müəyyən edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bir müddət əvvəl əkdiyini etiraf edib.

Narkotik bitkilər məhv edilib
Çətənə kolları yandırılıb

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanıldı 

Kəmalə Sultan

Uranda həyat ola bilər – NASA ELAN ETDİ

Kəmalə Sultan

Ərdoğan: Türkiyə terror təhlükəsini sıfra endirməyi hədəfləyir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu