28 C
Baku
9 İyun 2025, 19:01
Kriminal

Tovuzda onlayn satış edən narkokuryer saxlanılıb

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bugun.tv xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Rzayev sosial şəbəkə platformaları üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıb.Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Sədərək” də mağazaya BASQIN: Sahibkarın 30 000 manatı ələ keçirildi

Nigar Məmmədova

Bakıda iranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanıldı-VİDEO

Bugün TV

Qubada avtoxuliqanlıq edən şəxs həbs edildi 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu