24 C
Baku
11 Sentyabr 2025, 9:54
Baş xəbərKriminal

Toy karvanında avtoxuliqanlıq edən şəxs barəsində təbir görüldü- VİDEO

Sosial şəbəkələrdə Sabirabad rayonu ərazisində “VAZ 2107” markalı avtomobilin sürücüsünün toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən görüntülər paylaşılıb.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən qayda pozuntusunu törədən rayonun Qaragüney kənd sakini Vüqar Əhmədzadə müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

Burada onun barəsində inzibati qaydada protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V.Əhmədzadə sürücülük hüququndan 1 illik məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Axtarışda olan şəxs saxlanıldı

Nigar Məmmədova

Qlobal ərzaq qiymətləri 1,6 faiz artdı

Aynur Camal

Ölənlərin sayı 41 min 455-ə yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu