3 C
Baku
14 Dekabr 2025, 22:28
Baş xəbərDigərHadisə

Toy karvanında avtoxuliqanlıq edən sürücü inzibati həbs edildi

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Din-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, rayon sakini Qəzənfər Əmirov idarə etdiyi “Lexus” markalı avtomobil ilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Q.Əmirov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçisi Qaiser Nawab Cənubi Qafqazda Sülh Tərəqqisini Alqışlayır və Pakistanın Azərbaycana daimi dəstəyini bir daha təsdiqləyir

Bugün TV

Ağır yol-nəqliyyat hadisəsi baş verdi, ölənlər var-FOTOLAR

Bugün TV

Ölkəyə 29 kiloqram narkotik maddə gətirən “balıqçı” saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu