24 C
Baku
12 Sentyabr 2025, 0:44
Mədəniyyət

“Toy Tələsi”nin Qala gecəsi olacaq-VİDEO   

Komediya janrında olan “Toy Tələsi” bədii filminin Qala gecəsinin keçirilməsinə sayılı günlər qalıb.

Bu barədə Bugun.tv-yə filmin quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev xəbər verib. Ssenari müəllifi Yeganə Kərimzadə, prodüsseri Gülnarə Məmmədova, rejissoru Xəyalə Meydanova olan “Toy tələsi”nin Qala gecəsi yanvar ayının 5-də Alov Qüllələri Kompleksində  gerçəkləşəcək.

“4 aya ərsəyə gələn filmimiz artıq təqdimata hazırdı. Park Cinema kinoteatrlar şəbəkəsi ilə müqavilə imzaladıq. Yanvarın 5-də “Toy Tələsi”nin ilk premyerası olacaq. Film eyni zamanda kinoteatrın bütün filiallarında təqdim olunacaq. Artıq biletlərin satışına start verilib. Tamaşaçılar Park Cinema kinoteatrlarından biletləri əldə edə bilərlər”.

Faiq Nağıyev onu da qeyd edib ki, insanlar gülüş, maraq və həyəcanla dolu anların olduğu “Toy tələsi”ndə həyatda rastlaşdıqları reallığı tanınmış aktyorların obrazlarında görə biləcəklər.

Xatırladaq ki, komediyasevərlər tammetrajli, 90 dəqiqəlik “Toy Tələsi” bədii filmini yanvarın 5-dən etibarən Park Cinemalarda izləyə biləcəklər.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Xidmətim xalqa, qiymətim haqqa”

Aynur Camal

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiya işıq üzü görüb – FOTO

Nigar Məmmədova

Növbəti dayanacaqda bizi gözləyənlərdən xəbərsizik, odur ki, istəklərini ertələmə… Ülviyyə Qarayeva yazır…

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu