Baş xəbərHadisə

Toyda atışma açılıb: 1 uşaq öldü, 7 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, İzmirin Menemen rayonunda bir nəfərin toyda ov tüfəngindən atəş açması nəticəsində 1 uşaq ölüb, 7 nəfər yaralanıb. Kazımpaşa məhəlləsində küçədə keçirilən toya gələn 18 yaşlı Metin S. musiqinin söndürülməsini istəyib. Toy sahibləri ilə mübahisə edən Metin S. evinə gedərək aldığı ov tüfəngi ilə toy yerinə qayıdıb.

TRT Haber-in məlumatına görə, Şübhəli şəxs pompalı ov tüfəngi ilə təsadüfi atəş açıb və sonra qaçıb. Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sağlamlıq və polis qrupları göndərilib. Sağlamlıq qrupları tərəfindən yaralanan 8 nəfər ilkin tibbi yardımın ardından Menemen Dövlət Xəstəxanasına aparılıb.

Yaralılardan biri, 16 yaşlı Aytəkin Elkalkmış müdaxiləyə baxmayaraq həyatını itirib.

Polis qrupları qaçan Metin S.-ni qısa müddətdə tutaraq nəzarətə götürdü.

Xəstəxanada və toyun keçirildiyi yerdə qruplar tərəfindən təhlükəsizlik tədbirləri görülüb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Alimlər: Enerji içkiləri və spirtdən ibarət kokteyl kokain qədər zərərlidir

İntizar Əmirova

Aerobika gimnastlarımız Slovakiyada beynəlxalq turnirdə çıxış edəcəklər

Aynur Camal

Rusiya prezidenti Putin Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu