17 C
Baku
10 İyun 2025, 5:55
DünyaHadisə

Toyda gəlin dünyasını dəyişdi!

Sosial mediada şəklini paylaşan gəlin saatlar sonra dünyasını dəyişdi.

Gənc qadın dəhşətli qəzadan saatlar əvvəl gəlinlik libasındakı şəklini paylaşıb. İkiqat şənlik təşkil edən toy günü faciə ilə yekunlaşıb.

Bugun.tv xəbər verir ki, gəlin nişanlısı ilə nikah bağladıqdan cəmi bir neçə saat sonra hovuza düşərək dünyasını dəyişib.

Xarici mətbuatın (Mirror) məlumatına görə, üzməyi bacarmayan Elisangela Qazano suyun kənarında rəqs edərkən müvazinətini itirib. Qonaqlar 38 yaşlı qadını xilas etməyə çalışıblar və təcili yardım çağırıblar. Lakin gənc qadın xəstəxanaya yerləşdirilərkən infarkt keçirib. Beş uşaq anası olan qadının xəstəxanaya çatdırıldığı zaman öldüyü məlum olub.

Gənc qadın bir neçə saat əvvəl sosial şəbəkədə nişanlısı ilə evləndikdən sonra ağ gəlinliyinə imza atdığı anları əks etdirən foto paylaşıb.

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

O, telefon üçün az qala həyatından olurdu!

Aynur Camal

Kosmosda qapalı qalan amerikalı astronavtların aqibəti necə olacaq?

Aynur Camal

Suriyanın şimalında 14 PKK/YPG terrorçusu zərərsizləşdirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu