14 C
Baku
22 Noyabr 2024, 0:10
DünyaHadisə

Toyda gəlin dünyasını dəyişdi!

Sosial mediada şəklini paylaşan gəlin saatlar sonra dünyasını dəyişdi.

Gənc qadın dəhşətli qəzadan saatlar əvvəl gəlinlik libasındakı şəklini paylaşıb. İkiqat şənlik təşkil edən toy günü faciə ilə yekunlaşıb.

Bugun.tv xəbər verir ki, gəlin nişanlısı ilə nikah bağladıqdan cəmi bir neçə saat sonra hovuza düşərək dünyasını dəyişib.

Xarici mətbuatın (Mirror) məlumatına görə, üzməyi bacarmayan Elisangela Qazano suyun kənarında rəqs edərkən müvazinətini itirib. Qonaqlar 38 yaşlı qadını xilas etməyə çalışıblar və təcili yardım çağırıblar. Lakin gənc qadın xəstəxanaya yerləşdirilərkən infarkt keçirib. Beş uşaq anası olan qadının xəstəxanaya çatdırıldığı zaman öldüyü məlum olub.

Gənc qadın bir neçə saat əvvəl sosial şəbəkədə nişanlısı ilə evləndikdən sonra ağ gəlinliyinə imza atdığı anları əks etdirən foto paylaşıb.

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Beton zavodunda yanğın oldu

Bugün TV

Afrikadan gələn maraqlı görüntü müzakirələrə səbəb oldu: Bütün heyvanlar bir nöqtəyə diqqət yetirdilər

Aynur Camal

Bu ölkədə doğum sayın artırmaq üçün uşağı olana dövlət it hədiyyə edə bilər

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu