Bugun.tv xəbər verir ki, Manisanın Kula rayonunda toyuq yüklü yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 5 nəfər yaralanıb. Xəbərdarlıq üzərinə qəza yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib. Yanğınsöndürənlər avtomobildə sıxışmış vəziyyətdə qalan sürücünü və bir nəfəri çıxararaq, sağlamlıq qruplarına təhvil veriblər. Kula Dövlət Xəstəxanasına çatdırılan yaralılar ilk müalicələrindən sonra Salihli Dövlət Xəstəxanasına köçürülüb. 2 yaralının səhhətlərinin ağır olduğu öyrənilib.
TRT Haberin məlumatına görə, yük maşınının sürücüsü bəyanatını almaq üçün polis bölməsinə aparılıb.
Müxbir: Şəms Elnurqızı
