18 C
Baku
27 Oktyabr 2025, 14:40
Dünyaİdman

“Trabzonspor” Sankt-Peterburq klubunun müdafiəçisini almaq niyyətindədir

Türkiyənin “Trabzonspor” klubu Sankt-Peterburq “Zenit”inin qazaxıstanlı mərkəz müdafiəçisi Nuralı Əlifi almaqda maraqlıdır. Bugun.tv xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Trabzonspor”u Türkiyə klubuna keçəcəyi təqdirdə Əlifin legioner sayılmayacağı cəlb edib. Tezliklə “Zenit”lə danışıqlara başlanacağı gözlənilir. “Trabzonspor” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan milli komandalarının oyunçularına da diqqət yetirir. Türkiyə klubu heyətində rotasiya üçün mərkəz müdafiəçisi vəzifəsinə futbolçu axtarır.

23 yaşlı Alif  “Zenit”ə  2023-cü ilin yanvarında “Kairat”dan keçib. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Marsda su olub: Perseverance sübut tapdı

Aynur Camal

Fransız sosioloqları: Bütün dünyada insanlar onlardan daha kasıb olanlara etibar etmirlər

Aynur Camal

Qatil rejimin Qəzzəyə hücumları davam edir: 50 şəhid

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu