ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü ölkəsinin 30 illik fasilədən sonra nüvə silahı sınaqlarını bərpa edəcəyini açıqlayıb.
Trampın açıqlaması qlobal təhlükəsizlik və sabitlik üçün ciddi narahatlıqlar doğurub.
Cənubi Koreyada Çin Prezidenti Si Cinpinlə görüşdən sonra Tramp bu addımı Rusiya və Çinlə bərabər səviyyədə olmaq üçün atdığını iddia etdi. Tramp “İndi bunun üçün uyğun vaxtdır” deyib.
Tramp həmçinin sosial media platforması Truth Social-da bu qərarı digər ölkələrin sınaq proqramlarına cavab olaraq verdiyini iddia edərək açıqlama paylaşıb. “Digər ölkələrin sınaq proqramlarına görə,” Tramp dedi, “Mən Hərbi Nazirliyinə nüvə silahlarımızı bərabər səviyyədə sınaqdan keçirməyi tapşırdım. Proses dərhal başlayacaq”.
Lakin Ağ Ev qərarın təfərrüatları ilə bağlı sualları cavablandırmaqdan imtina etdi. Pentaqon rəsmiləri də Trampın açıqlamaları ilə bağlı rəsmi şərh verməkdən imtina ediblər.
Ekspertlər Tramp administrasiyasının qərarının Soyuq Müharibə dövrünün təhlükəli nüvə yarışına qayıtmasına səbəb ola biləcəyindən qorxurlar. Tənqidçilərin fikrincə, bu addım beynəlxalq sabitliyi pozur.
Mənbə: İlkha
