ABŞ prezidenti Donald Tramp film çəkilişlərinin başqa ölkələr tərəfindən ABŞ-dan “oğurlandığını” bəyan edib və ölkə hüdudlarından kənarda çəkilən bütün filmlərə 100 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb.Tramp məsələ ilə bağlı ABŞ-da yerləşən Truth Social hesabında paylaşım edib.
“Körpədən oğurlanan konfet” kimi digər ölkələr tərəfindən film çəkilişi işlərinin ABŞ-dan “oğurlandığını” vurğulayan Tramp, “Kaliforniya zəif və bacarıqsız qubernatoru ilə xüsusilə ağır zərbə alıb” deyib.
Donald Trump, “Buna görə də, bu uzun müddətdir davam edən və heç vaxt bitməyən problemi həll etmək üçün ABŞ-dan kənarda çəkilən bütün filmlərə 100 faizlik tarif tətbiq edəcəyəm” deyib.
May ayında prezident Tramp Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəsinə xarici ölkələrdə istehsal olunan və ölkəyə daxil olan bütün filmlərə 100 faizlik gömrük rüsumlarının tətbiqi prosesinə başlamaq səlahiyyəti verib.
Mənbə: TrtHaber
