12 C
Baku
17 Fevral 2026, 6:12
Baş xəbərDünya

Tramp Çin mallarına əlavə rüsumlar tətbiq edib

ABŞ prezidenti Donald Tramp Çin məhsullarına tarif rejiminin dəyişdirilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, minimum dəyər meyarına (de minimis) uyğun olaraq rüsum tətbiq edilməyən Çin malları belə statusdan məhrum ediləcək.

Ağ Evin saytında yerləşdirilən sənədin mətninə görə, bu, Amerikaya Çindən gələn narkotiklərlə mübarizə aparmaq üçün lazımdır.

2025-ci ilin fevralında Donald Tramp ABŞ-da narkotik ticarəti ilə mübarizə aparmaq üçün Çin də daxil olmaqla bir sıra dövlətlərə qarşı tariflər tətbiq etdi. Çin Xarici İşlər Nazirliyi etiraz edərək bildirib ki, Pekin və Vaşinqtonun “birtərəfli tarif artımlarına” deyil, “bərabərlik və qarşılıqlı hörmətə əsaslanan dialoq və məsləhətləşmələrə” ehtiyacı var.

Yanvarın 4-də Çin ABŞ-a qarşı cavab rüsumları tətbiq edib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ-İran danışıqlarının müsbət nəticə verməyəcəyi gözlənilir”

Aynur Camal

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Araşdırma: Yatmazdan əvvəl son 3 saat yemək yeməmək ürək sağlamlığını yaxşılaşdıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu