25 C
Baku
11 Sentyabr 2025, 0:44
DünyaSiyasət

Tramp Çinə gedir! Xi Jinping onu dəvət etdi

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin onu Çinə dəvət etdiyini və “Yəqin ki, tezliklə onunla görüşəcəm” dediyini bildirib.

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşəcəyini açıqlayıb. Görüş zamanı vergi dərəcələri və ticarətlə bağlı digər məsələlərin müzakirə olunacağı gözlənilir. Tramp həmçinin Ağ Evdə Filippin prezidenti kiçik Ferdinand Markosu qəbul edib. Qəbul zamanı Tramp jurnalistlərin bu gün Filippinlə ticarət müqaviləsi bağlanıb-bağlanmayacağı ilə bağlı suallarını cavablandırıb və “Düşünürəm ki, edəcəyik” deyib.

Oval Ofisdəki çıxışında Tramp həmçinin Filippinlə ticarəti müzakirə edəcəklərini bildirərək, ölkə ilə böyük ticarət razılaşmasını yekunlaşdırmağa “çox yaxın” olduqlarını bildirib.

Ticarət danışıqlarının necə irəlilədiyi ilə bağlı suala Tramp, “(Marcos Jr.) çox sərt müzakirəçidir. Çox gərgin danışıqlar apardığı üçün indiyə qədər bir nəticəyə gəlməmişik. Amma yəqin ki, razılığa gələcəyik” deyib.

Tramp əczaçılıq şirkəti AstraZeneca-nın ABŞ-da istehsal müəssisələrinin tikintisinə 50 milyard dollar xərcləyəcəyini qeyd edərək, bu cür investisiyaların “seçki qələbəsi və tariflər sayəsində” mümkün olduğunu bildirib.

Mənzil bazarını canlandırmaq üçün ev satışından əldə edilən gəlirlərə vergidən yayınma planı ilə bağlı suala Tramp, “Biz bunu nəzərdən keçiririk. Bununla belə, faiz dərəcələrinin aşağı salınması mənzil bazarını da stimullaşdıra bilər. ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini aşağı salsa, biz bunu etmək məcburiyyətində qalmayacağıq” deyib.

FED sədri Jerome Pauelin istefa verib-verməməsi ilə bağlı suala Tramp, Pauellin səlahiyyət müddətinin gələn il bitəcəyinə diqqət çəkib.

“Düşünürəm ki, o, pis iş görüb, amma hər halda tezliklə gedəcək. O, səkkiz aya gedəcək” deyən Tramp, Pauellin “ehtimal ki, siyasi səbəblərdən” faiz dərəcələrini yüksək saxladığını irəli sürdü.

Tramp siyasət faizinin yüzdə 1 olmasını istədiyini, aşağı faizlərlə dünyaya liderlik etmələri lazım olduğunu bildirib. Ölkə iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu bildirən Tramp, faiz dərəcələrinin 3 faiz və ya daha çox aşağı düşməsi lazım olduğunu bildirib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Mask beş gündə sərvətini 37 milyard dollar artırdı – bunu necə bacardı?

Aynur Camal

2026 Qızıl Qlobus Mükafatlarının təqdim olunma tarixləri açıqlandı

Aynur Camal

Almaniyadan rekord sayda vətəndaşlıq!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu