ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəsmən həbs edilib.
Bugun.tv xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Həbs ittiham aktına qədər davam edəcək. Ehtimal olunur ki, Tramp dinləmələrdən sonra sərbəst şəkildə məhkəmə binasını tərk edə bilər.
ABŞ-ın prosessual qanunvericiliyində həbs böyük münsiflər heyətinin qərarından sonra ittiham aktının məcburi hissəsidir.
Tramp demək olar ki, bütün əlavə prosedurlardan azad edilib. O, qandallanmayacaq və iş materialları üçün şəkli çəkilməyəcək. Barmaq izləri isə, daha əvvəl götürülüb.