36 C
Baku
20 İyul 2025, 16:34
Baş xəbərDünya

Tramp: “Həmas tərəfdarlarının kollec şəhərciklərindəki tələbə vizalarını ləğv edəcəyəm”

Bugun.tv xəbər verir ki, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olan keçmiş ABŞ prezidenti Donald Tramp prezident seçiləcəyi təqdirdə HƏMAS-ı dəstəkləyən tələbələrin vizalarını ləğv edəcəyini bildirib. “The Hill” xəbər verir ki, Tramp “Respublika Yəhudi Koalisiyası” konfransında çıxış edib.

TRT Haber-in məlumatına görə, Nümayəndələr Palatasındakı müsəlman qadın nümayəndələr Rəşidə Tlaib və İlhan Öməri günahlandıran Tramp universitetlərdə keçirilən anti-İsrail nümayişlərini də tənqid edib. ABŞ-da 2024-cü il prezident seçkiləri üçün yenidən namizəd olan Tramp, “Həmas tərəfdarlarının universitet şəhərciklərindəki tələbə vizalarını ləğv edəcəyəm. Kampuslar ələ keçirilib” dedi. O, fikirlərini bölüşüb. ABŞ-a qarşı təhdidlərə toxunan Tramp, “Bir damcı Amerika qanını töksəniz, biz də sizin qanınızı gallonlarla tökəcəyik” deyib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarıldı

Kəmalə Sultan

Hakkaridə zəlzələ baş verib

Nigar Məmmədova

İki mərtəbəli bina çökdü: 4 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu