Baş xəbərDünya

Tramp hətta kimsəsiz bir adaya da vergi qoydu!

 Onun üzərində yalnız pinqvinlər yaşayır

Hətta yalnız pinqvinlərin məskəni olan və 10 ildir insanlar tərəfindən ziyarət edilməyən adalar da Trampın tariflər siyahısında olub. Yeni hazırladığı gömrük tarifləri ilə qlobal iqtisadiyyatı bir daha sarsıdan ABŞ prezidenti Donald Tramp indi hətta kimsəsiz adalardan da vergi götürüb. Antarktida yaxınlığında yerləşən, buzlaqlarla örtülü və pinqvinlərə ev sahibliyi edən, səhra və qısır olan Heard adası və McDonald adalarına da 10 faizə qədər gömrük rüsumları tətbiq edilib.

Tamamilə yaşayış olmayan bu adalara son insan səfərinin təxminən 10 il əvvəl baş verdiyi düşünülür. Avstraliyanın baş naziri Entoni Albanese Ağ Evin dərc etdiyi yeni ticarət tariflərinin tətbiq olunacağı “ölkələr” siyahısına daxil edilməsinə “Artıq dünyanın heç bir yeri təhlükəsiz deyil” deyərək ironik bir şərh edib.

Avstraliyanın bir hissəsi olan adalar özünü idarə etmir, lakin federal hökumətlə xüsusi əlaqələrə malikdir. Ağ Evin siyahısındakı ərazilərə Kokos adaları, Milad adası və Norfolk adaları daxildir.

2188 əhalisi olan və Sidneydən 1000 mil şimal-şərqdə yerləşən Norfolk adası Avstraliyanın qalan hissəsindən 19 faiz bəndi yüksək olan 30% tariflərə tabe idi. Bu rayonlardan hansı növ malların ixrac edildiyi bəlli deyil.

Digər tərəfdən bu vəziyyət sosial mediada da böyük gündəmə çevrilib. Bir çox sosial şəbəkə istifadəçisi “Artıq kimsəsiz adada yaşamaq mümkün deyil” şərhini yazıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib

Aynur Camal

Narkotik satanlar saxlanıldı 

Kəmalə Sultan

“Zəfər” Vinq Çun İdman Klubunun üzvü Nurcan Məlikzadə: “Ən böyük arzum gələcəkdə yarışlara qatılıb, Azərbaycanı təmsil etməkdir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu