Donald Trump İrana qarşı aparılan hərbi əməliyyatların yaxın vaxtlarda başa çata biləcəyini bildirib.
ABŞ prezidenti Axios portalına açıqlamasında qeyd edib ki, İranda artıq “demək olar ki, hədəfə alınacaq obyekt qalmayıb”. Onun sözlərinə görə, əməliyyatın nə vaxt bitəcəyinə ABŞ qərar verəcək.
“Mən istədiyim zaman bu müharibə bitəcək”, – deyə Tramp vurğulayıb.
Tramp bildirib ki, ABŞ və İsrail planlaşdırılandan daha sürətli irəliləyir və əməliyyatlar gözləniləndən daha böyük nəticə verib.
“Biz ilkin altı həftə üçün planlaşdırılandan daha çox zərər vurmuşuq”, – deyə ABŞ prezidenti qeyd edib.
O, həmçinin iddia edib ki, İran təkcə ABŞ və İsrailə deyil, həm də Fars körfəzi ölkələrinə və ümumilikdə Yaxın Şərq regionuna qarşı düşmən mövqedədir.
Bununla yanaşı, ABŞ və İsrail rəsmiləri bildirib ki, hərbi əməliyyatların ən azı daha iki həftə davam etdirilməsi planlaşdırılır.
Mənbə: mail.ru
