12 C
Baku
23 Mart 2026, 20:43
Dünya

Tramp İrana zərbələrə 5 günlük moratorium elan etdi

ABŞ prezidenti Donald Trump İrana qarşı planlaşdırılan hərbi zərbələrin müvəqqəti dayandırıldığını açıqlayıb. O bildirib ki, Vaşinqton son günlər İran nümayəndələri ilə danışıqlar aparıb və bu səbəbdən qərar dəyişdirilib.

Trampın sözlərinə görə, aparılan danışıqlar “konstruktiv və məhsuldar” olub. Bu fonda o, Pentaqona İranın enerji infrastrukturuna, xüsusilə elektrik stansiyalarına qarşı zərbələrin 5 gün müddətinə təxirə salınması barədə göstəriş verib.

ABŞ lideri qeyd edib ki, əgər davam edən görüşlər uğurla nəticələnərsə, Yaxın Şərqdə hərbi əməliyyatların tam dayandırılması mümkündür.

Xatırladaq ki, daha əvvəl Tramp İran qarşısında ultimatum irəli sürərək Hörmüz boğazının 48 saat ərzində açılmasını tələb etmişdi. O bildirmişdi ki, bu tələb yerinə yetirilməzsə, ABŞ İranın enerji obyektlərini hədəfə alacaq.

Rəsmi Tehran isə cavab olaraq bildirib ki, belə bir hücum baş verərsə, ABŞ və İsrailin enerji və digər strateji obyektləri legitim hədəf hesab olunacaq. Bundan əlavə, İran tərəfi mümkün quru əməliyyatı halında Fars körfəzinin minalanacağı ilə hədələyib.

Hazırda tərəflər arasında gərginlik yüksək səviyyədə qalmaqla yanaşı, diplomatik təmaslar da davam edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Diplomatiya, yoxsa taktika? Tramp İrana zərbələri dayandırdığını açıqladı

Aynur Camal

Kuba ABŞ-dan mümkün hücuma qarşı hərbi hazırlıq gördüyünü açıqlayıb

Aynur Camal

Şəhər həyatı insult riskini azalda bilər – araşdırma

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu