ABŞ Prezidenti Donald Trump İranla davam edən münaqişə fonunda yeni açıqlama verib.
O, Politico nəşrinə müsahibəsində İranda yeni liderlərin meydana çıxdığını və onlardan bəzilərinin hakimiyyəti idarə etmək istədiyini bildirib.
“Yeni hökumətdə kiminləsə işləmək üçün gecdir?”
sualına cavab verən Tramp bunun üçün gec olmadığını deyib.
O, 49 yüksək vəzifəli iranlı liderin öldürüldüyünü iddia edərək, onların yerinə yeni şəxslərin çıxdığını vurğulayıb: “Bu vəzifəni istəyən çox adam var. Onların bəziləri kifayət qədər bacarıqlı ola bilər”.
ABŞ lideri həmçinin İranın hərbi sursat ehtiyatlarının tükənmək üzrə olduğunu bildirib. Onun sözlərinə görə, Tehranın hərbi potensialı sistemli şəkildə zəiflədilir və buraxılış sistemləri də sıradan çıxarılır.
Tramp ABŞ-ın isə orta və yüksək səviyyəli sursat baxımından “sərhədsiz” imkanlara malik olduğunu iddia edib. O qeyd edib ki, müdafiə şirkətləri təcili sifarişlər əsasında sürətli istehsal həyata keçirir.
ABŞ Prezidenti müharibənin 4–5 həftə davam edə biləcəyini və ya bir neçə gün ərzində başa çata biləcəyini söyləyib. O, hərbi əməliyyatları İranın nüvə silahı əldə etməyə yaxınlaşması və ABŞ üçün təhlükə yaratması ilə əsaslandırıb.
Mənbə: Ensonhaber
