24 C
Baku
8 Sentyabr 2025, 8:16
Dünya

Tramp Kennedinin sui-qəsd sənədlərinin açıqlanmasını tələb edən fərmanı imzalayıb

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Con Kennedinin (JFK) öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan prezident fərmanı imzalayıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi imzalanma mərasimində Kennedinin qətli ilə bağlı sənədlərin üzərindəki məxfilik pərdəsini aradan qaldırmaq üçün addım atıb.

Seçki dövründə verdiyi sözə əməl edən Tramp JFK-nın qətli ilə bağlı indiyədək gizli olan sənədlərin ictimaiyyətə açıqlanmasını şərtləndirən prezident fərmanını imzalayıb.

Trampın imzaladığı prezident fərmanında Kennedi, onun qardaşı Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Eyni imzalanma mərasimində Tramp həmçinin süni intellektlə bağlı iki fərman, “Elm və Texnologiya Məsləhət Şurasının yaradılması haqqında” fərman, kriptovalyutalar üzrə işçi bölmənin yaradılması haqqında fərman və bəzi abort əleyhinə etirazçıların əfv edilməsi haqqında fərman imzalayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin beşinci dəfə Rusiya prezidenti oldu

Aynur Camal

Zəlzələ baş verdi: 6 ev uçdu, 4 nəfər xəsarət aldı

Aynur Camal

Bəşər Əsəd Vladimir Putinə təşəkkür etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu