Dünya

Tramp: Kuba çox yaxında “çökəcək”

ABŞ Prezidenti Donald Trump iqtisadi sanksiyaların artırıldığı Kubanın çox yaxın zamanda “çökəcəyini” iddia edib.

Tramp CNN telekanalına telefon bağlantısı ilə verdiyi açıqlamada Kuba ilə bağlı yeni fikirlər səsləndirib. O, prezidentliyinin ikinci dövründə əldə etdiyi uğurları vurğulayaraq, Kubanın tezliklə razılaşma əldə etmək istəyəcəyini bildirib.

ABŞ lideri deyib ki, Kuba ilə mümkün razılaşma prosesinə ABŞ dövlət katibi Marco Rubio cəlb olunacaq və hazırda bu məsələ onların diqqət mərkəzindədir.

Tramp bildirib: “50 ildir bu anı gözləyirəm və indi Kuba demək olar ki, mənim qucağıma düşüb”.

Onun sözlərinə görə, bu istiqamətdə proses yaxşı irəliləyir.

Bir gün əvvəl Ağ Evdə çıxış edən Tramp amerikalı kubalıların vətənlərinə qayıtmasının “yalnız zaman məsələsi” olduğunu da qeyd edib.

ABŞ prezidenti həmçinin Tehrana qarşı həyata keçirilən hücumların uğurlu olduğunu iddia edib və İran rəhbərliyinin sonda geri çəkiləcəyini bildirib. Tramp bu fikri səsləndirdikdən sonra “Kuba da çökəcək” ifadəsini işlədib.

Qeyd edək ki, Tramp yanvarın 30-da Kubaya neft satan və ya təmin edən ölkələrdən ABŞ-a gətirilən mallara gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb. Ağ Ev bu qərarın ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumağa yönəldiyini açıqlayıb.

Tramp fevralın 1-də Kuba ilə neft tədarükünün tənzimlənməsi barədə danışıqların başlandığını desə də, Kuba hakimiyyəti bu iddianı təkzib edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Finlandiya ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bizi təhdid edir

Aynur Camal

İran XİN: Tehranda ibtidai məktəbə zərbə endirildi

Aynur Camal

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu