15 C
Baku
24 Oktyabr 2025, 4:21
Digər

Tramp: Mən heç də kral deyiləm

ABŞ prezidenti Donald Tramp “Krallar yoxdur” aksiyaları zamanı “avtoritar lider” kimi tənqidlərə “Ölkəmizi yaxşılaşdırmaq üçün çalışıram, kral deyiləm” deyərək cavab verib. Prezident Donald Trampın ölkəni “hərbi və avtokratik” istiqamətə apardığı iddiasını müdafiə edən ikinci “Krallar yoxdur” etirazı ABŞ-da baş tutub.

“MƏN KRAL DEYİLƏM”

Prezident Tramp Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlamasında “avtoritar lider” kimi onun ünvanına edilən tənqidləri rədd edib.

“Mən kral deyiləm. Ölkəmizi böyük etmək üçün var gücümlə çalışıram. Hamısı budur” deyən Tramp ölkəsinə xidmət etmək üçün yorulmadan çalışdığını bildirib.

Etirazları “zarafat” kimi qiymətləndirən Tramp etirazların milyarder iş adamı Corc Soros və “digər radikal solçu qruplar” tərəfindən maliyyələşdirildiyini iddia edib.

“Nümayişlər çox kiçik, səmərəsiz olub və iştirakçılar nəzarətdən çıxıb”.

BÜTÜN 50 ŞTATDA 7 MİLYON İNSAN ETİRAZLARDA İŞTİRAK edib

Həftə sonu ABŞ-da keçirilən etiraz aksiyalarının iştirakçıları demokratiya, insan haqları, ifadə azadlığı və ətraf mühitə qarşı təhdidləri vurğulayıblar.

Təşkilatçılardan biri olan Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) 50 ştatın hamısında keçirilən 2500-dən çox mitinqdə təxminən 7 milyon insanın iştirak etdiyini açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi məlum olub

Aynur Camal

Yol çökdü

İntizar Əmirova

Türkiyədə zəlzələ baş verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu