Donald Tramp, ABŞ, mal əti, mənşə ölkəsi, ərzaq qiymətləri, fermerlər, maldarlıq, ABŞ kənd təsərrüfatı
Dünya

Tramp mal ətinin mənşə ölkəsinin etiketlənməsi ilə bağlı sərəncam imzalayacaq

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mal ətinin mənşə ölkəsinin etiketlənməsi ilə bağlı yeni sərəncam imzalamağa hazırlaşır.

Reuters-in məlumatına görə, sərəncamın cümə günü, sentyabrın 4-də özəl mərasim zamanı imzalanması planlaşdırılır. Ağ Ev məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Söhbət istehlakçıların aldıqları mal ətinin hansı ölkədən gəldiyini daha aydın şəkildə bilməsinə imkan verəcək etiketləmə qaydalarından gedir. Hazırkı qaydalara əsasən, “ABŞ məhsuludur” ifadəsinin istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq olunur və bu etiket yalnız tamamilə ABŞ-da emal edilən mal əti üçün könüllü şəkildə istifadə edilə bilər.

Məsələ ABŞ-da mal əti qiymətlərinin yüksəlməsi fonunda gündəmə gəlib. Tramp administrasiyası daha əvvəl qiymətləri azaltmaq məqsədilə gömrük rüsumları daha aşağı olan ölkələrdən mal əti idxalının müvəqqəti artırılmasına yönəlmiş qərar qəbul etmişdi.

ABŞ-dakı bir sıra fermer və maldarlıq təşkilatları isə idxalın artmasının yerli istehsalçılara zərər verə biləcəyindən narahatdır. Bir çox fermer mənşə ölkəsinin məcburi şəkildə göstərilməsini dəstəkləyir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qocalmanın təsirlərini azaltmağa ümid verən dəniz canlısı maddəsi aşkarlayıblar

Aynur Camal

Yanacaq böhranı: Vətəndaşlar benzin üçün saatlarla növbə gözləyir

Aynur Camal

Amerikalıların yalnız dörddə biri İran müharibəsini faydalı hesab edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu