4 C
Baku
15 Yanvar 2026, 1:12
Dünya

Tramp: Neft şirkətləri Venesuelada ən azı 100 milyard dollar xərcləyəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, neft şirkətləri Venesueladakı neft infrastrukturunu bərpa edəcək və bu məqsədlə ən azı 100 milyard dollar sərmayə qoyacaq. Onun sözlərinə görə, Venesuelanın sahib olduğu neft ehtiyatları həm keyfiyyət, həm də həcm baxımından olduqca böyükdür.

Tramp Fox News-a müsahibəsində ABŞ-ın mümkün hərbi müdaxiləsindən sonra Venesuela müxalifətinin liderlərindən Maria Korina Maçado ilə gələn həftə görüşməyi planlaşdırdığını deyib.

Venesuelada siyasi vəziyyətə toxunan Tramp ölkədə uzun müddət seçkilərin keçirilmədiyini, lakin sonda seçkilərin baş tutacağını iddia edib.

ABŞ Prezidenti Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşəcəyini də açıqlayıb.

Tramp Kuba–Venesuela münasibətlərinə dair fikirlərini də bölüşərək, Kubanın maliyyə və enerji baxımından Venesueladan asılı olduğunu və bu ölkəyə təhlükəsizlik təmin etdiyini irəli sürüb.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu