35 C
Baku
3 Sentyabr 2025, 13:25
Dünya

Tramp: Panama kanalının bizə qaytarılmasını tələb edəcəyik!

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp Panama kanalındakı rüsumları tənqid edərək, kanalın düzgün idarə olunmadığı təqdirdə onun ABŞ-a qaytarılmasını tələb edəcəklərini bildirib.

“Truth” sosial media hesabındakı paylaşımında Tramp Panama kanalının ABŞ ticarətində mühüm yer tutduğunu vurğulayıb.

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin kanalın idarəçiliyini Panamaya təhvil verməsini “səhv” kimi qiymətləndirən Tramp qeyd edib ki, kanal Panamaya “başqalarının xeyrinə” deyil, iki ölkə arasında əməkdaşlığın simvolu kimi verilib.

Tramp Panamanın kanaldan istifadəyə görə hədsiz yüksək ödənişlər tələb etdiyini müdafiə edərək, “Ölkəmizin tam qarətinə dərhal son qoyulmalıdır” deyib.

“Kanalın yanlış əllərə keçməsinə icazə verməyəcəklərini” ifadə edən Tramp, “Əgər bu səxavətli jestin həm mənəvi, həm də hüquqi prinsiplərinə hörmət edilməzsə, o zaman Panama kanalının tam şəkildə bizə qaytarılmasını tələb edəcəyik və heç bir etiraz olmadan.” şərh etdi.

Panama Kanalı İdarəsinə görə, ABŞ 2023-cü ildə Panama Kanalı vasitəsilə təxminən 125,6 milyon ton yük ixrac edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Dövlət məktəblərində mobil telefonlar və sosial media qadağan ediləcək

Kəmalə Sultan

NASA-dan qeyri-adi meteoritin yaxından çəkilmiş şəkli

Aynur Camal

Şimal-Qərb Əraziləri əyalətində yanğınla əlaqədar təxliyələrə başlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu