25 C
Baku
29 Avqust 2025, 2:27
Baş xəbərİqtisadiyyat

Tramp Putinə “10 günün var!” demişdi – Rusiya bəyanat yaydı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev ABŞ prezidenti Trampın sülh sazişi üçün son müddəti qısaltmaq qərarını “müharibəyə doğru addım” kimi qiymətləndirib.

Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı “ultimatum oyunu” oynadığını bildirib və bu yanaşmanın ABŞ-ı birbaşa müharibəyə sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.

Medvedev, “Hər yeni ultimatum təhlükə və müharibəyə doğru bir addımdır. Bu, Rusiya ilə Ukrayna arasında deyil, (Trampın) öz ölkəsi ilə müharibədir” deyib.

Tramp həmin gün verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni bitirməməsindən məyus olduğunu dilə gətirib və sülh razılaşması üçün nəzərdə tutulan müddəti 50 gündən 10-12 günə endirdiyini açıqlayıb.

Həmçinin qeyd olunub ki, Ukrayna Rusiya hərbçilərinin Zaporojya vilayətindəki həbsxanaya endirdiyi hava zərbəsi nəticəsində 16 nəfər ölüb, 35 nəfərin yaralanıb.

Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram hesabında Rusiya ordusunun gecə ərzində bölgəyə FAB tipli bombalarla hücum etdiyini bildirib.

Fedorov rusların bölgəyə 8 dəfə hücum etdiyini və hücumda cəzaçəkmə müəssisəsinin də hədəf alındığını bildirib. Fedorov deyib: “Cəzaçəkmə müəssisəsi də vurulub. 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Müəssisə binası dağıdılıb”.

– Dnepropetrovsk vilayətinə hücum nəticəsində iki nəfər həlak olub

Bu arada Ukraynanın Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergiy Lisak da eyni hesabla Rusiya ordusunun Kamyanske şəhərinə FAB tipli bombalarla bir gecədə hücum etdiyini açıqlayıb.

Lisak hücumda 2 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını, xəstəxana binasına ziyan dəydiyini qeyd edib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan ilə Macarıstan arasında birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub

Nigar Məmmədova

Çin süni almaz hazırlayır

Kəmalə Sultan

“1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi baş tutdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu