16 C
Baku
16 Noyabr 2025, 5:14
Dünya

Tramp: Putin mənimlə görüşmək istəyir; Biz bu görüşü təşkil edirik

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin onunla görüşmək istədiyini və bu görüşün “təşkil edildiyini” bildirib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla görüşdən sonra mətbuata qısa açıqlama verib.

“PUTİN MƏNİMLE GÖRÜŞMƏK İSTƏYİR”

Tramp açıqlamasında Rusiya-Ukrayna müharibəsinə toxunub və Rusiya prezidenti Putinin onunla görüşmək istədiyini bildirib.

“O (Putin) mənimlə görüşmək istəyir; bu görüşü biz təşkil edirik. Prezident Putin görüşmək istəyir, o, bunu açıq şəkildə bildirdi. Biz bu müharibəni bitirməliyik, bu, çox qanlı müharibədir”. Tramp deyib, lakin sözügedən görüşün nə vaxt keçiriləcəyi ilə bağlı təfərrüata varmayıb.

Tramp əvvəlki açıqlamalarında prezidentliyə başladıqdan sonra Rusiya-Ukrayna müharibəsini ən qısa zamanda bitirmək istədiyini və bu məqsədlə Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tankerin partlaması nəticəsində 13 nəfər öldü

Bugün TV

İngiltərə kralı Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd etdi

Bugün TV

İsrail Qəzza zolağında UNRWA məktəblərinin 70 faizini vurub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu