27 C
Baku
28 İyun 2025, 13:35
Baş xəbərDünya

Tramp yenidən Nyu-York prokurorluğunda

Donald Tramp

ABŞ-ın eks-prezidenti Tramp ölkə gündəmindən düşmür.

Belə ki, Donald Tramp bu dəfə fərqli istintaqla bağlı ifadə verib. Nyu-York prokurorluğunda 7 saata yaxın vaxt keçirən Tramp, əlverişli kreditlər və vergi güzəştləri əldə etmək üçün müəyyən əmlakların dəyərləri və xalis gəlirləri ilə bağlı məlumatları manipulyasiya etməkdə ittiham olunur.

250 milyon dollarlıq dələduzluq işi ilə bağlı Nyu Yorka gələn Tramp təxminən 7 saat prokurorluqda qalıb.

Bu dəfə O fərqli bir iş üzrə ifadə verib.

Tramp və onun komandası illər ərzində müvafiq kreditlər və vergi güzəştləri əldə etmək üçün fırıldaqçılıqda ittiham olunurlar.

Trampın banklar, otellər və qolf meydançaları kimi aktivlərinin dəyəri barədə yalan məlumat verdiyi iddia edilib.

Tramp bu işi araşdırmaq üçün konstitusion hüququndan istifadə edərək 400 dəfədən çox ifadə verməkdən imtina edib.

Tramp prokurorluğa getməzdən əvvəl sosial şəbəkədə yazıb: “Mənə qarşı seçkiyə müdaxilə məqsədi daşıyan bütün işlər kimi, bu da gülüncdür”.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

İlon Maskdan texnoloji yenilik gəlir

Elnarə Dərziyeva

Makron Qətərdə, ordusu isə Korsikadadır

Aynur Camal

ABŞ Qətərə 2 milyard dollar dəyərində İHA satır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu