29 C
Baku
7 Sentyabr 2025, 15:22
Digər

Tramp: Zelenski və Putin sülh danışıqlarına hazır deyillər

Bugun.tv xəbər verir ki, Donald Tramp bu barədə CBS News telekanalına müsahibəsində deyib. “Hazırda onlar – Vladimir Putin və Vladimir Zelenski sülhə hazır deyillər. Amma nə isə baş verməlidir. Biz bunu edəcəyik”, – deyə o vurğulayıb. Dövlət başçısı, həmçinin Ukrayna münaqişəsinin həllinin ona dayandırmağa çalışdığı münaqişələr arasında ən asanı kimi görünsə də, vəziyyətin gözləniləndən daha mürəkkəb olduğunu etiraf edib. O, Ukrayna ilə bağlı mövqeyini həm “realist”, həm də “nikbin” adlandırıb. Donald Tramp bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin, ÇXR Sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətinin olduğunu bəyan edib. Ağ Evin rəhbəri, eyni zamanda, sülh üzrə Nobel mükafatına iddialı olmadığını deyib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Mehriban Əliyevadan Uşaqlar Günü ilə bağlı paylaşım

Bugün TV

Monteneqroda meşə yanğınları davam edir

İntizar Əmirova

Hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu