24 C
Baku
20 İyul 2025, 3:11
Baş xəbərDünya

Trampdan 3-cü Dünya Müharibəsi ilə bağlı açıqlama! Hardan başlayacağını açıqladı

ABŞ-da seçkilər yaxınlaşdıqca namizədlərdən biri Donald Tramp III Dünya Müharibəsi haqqında danışıb. Bayden administrasiyasını dünyada baş verən müharibələrdən məsul göstərən Tramp, yalnız onun qarşısını ala biləcəyini iddia etdiyi müharibənin başlayacağı torpaqları da bölüşdü.

5 noyabr 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrislə rəqabət aparacaq keçmiş prezident Donald Trampdan III Dünya Müharibəsi xəbərdarlığı gəlib.

Miçiqan ştatında Milli Qvardiya qarşısında çıxış edən Tramp, “Məncə, biz III Dünya Müharibəsinə əvvəlkindən daha yaxınıq” deyib. Çıxışında qlobal müharibənin başlanğıc nöqtəsi kimi Rusiya ərazisinə işarə edən Tramp, “Ukraynada baş verənlərə baxın. Rusiya ərazisində irəliləyirlər. Üçüncü Dünya Müharibəsi olacaq” deyib.

Tramp hazırkı prezident Co Baydeni və onun administrasiyasını tənqid edərək bildirib ki, dünyada davam edən və bitməyən müharibələrə yalnız o son qoya bilər. Dünyanın son vaxtlar görünməmiş təhlükələrlə üzləşdiyini deyən Tramp ABŞ-ın da üzləşdiyi bu təhlükələrin qarşısını ala biləcəyini iddia edib.

Tramp prezident seçiləcəyi təqdirdə Ukraynada müharibəyə son qoyacağını iddia etsə də, NATO üzvlərindən daha çox maliyyə yardımı tələb edəcəyini əlavə edib.

Digər tərəfdən, ABŞ-da qarşıdan gələn prezident seçkiləri öncəsi sorğu işləri sürətlənib. “The Economist” jurnalının 25-27 avqust tarixlərini əhatə edən “YouGov” adlı son sorğusuna əsasən, Demokratlar Partiyasının namizədi Kamala Harris Trampı iki xal qabaqlayır. Sorğuda səslərin 47 faizi Harrisə, 45 faizi Trampa verildiyi halda, qərarsız seçicilərin səsvermə nisbəti 8 faiz olub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Xidmət maşını torpağa çırpılıb: 14 şagird yaralandı

Aynur Camal

Türkiyə birdən-birə Rusiya Federasiyasına iqtisadi zərbə vurdu – Rusiya bazarı itki içindədir

Aynur Camal

Səkkiz vilayətdə narkotik tacirlərinə qarşı əməliyyat oldu: 42 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu