ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin Dövlət Başçısı Si Cinpini 2025-ci il yanvarın 20-də keçirilməsi planlaşdırılan andiçmə mərasiminə dəvət edib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin Dövlət Başçısı Si Cinpini 2025-ci il yanvarın 20-də keçirilməsi planlaşdırılan andiçmə mərasiminə dəvət edib. Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərinin qalibi Donald Tramp vəzifəsini icra etməyə hazırlaşır. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tramp Çin prezidenti Si Cinpini prezident səlahiyyətlərini icra edəcəyi 20 yanvar 2025-ci ildə keçiriləcək andiçmə mərasiminə dəvət edib.
Bildirilib ki, dəvət noyabr ayında, Trampın seçkilərdə qələbəsindən az sonra göndərilib. Çin liderinin dəvəti qəbul edib-etmədiyi məlum deyil.
Trampın andiçmə mərasiminə Xi-dən başqa Macarıstanın baş naziri Viktor Orbanın da dəvət edildiyi, Macarıstan liderinin iştirak edib-etməmək barədə “hələ də fikirləşdiyi” bildirilib.
ABŞ-ın yeni prezidenti Donald Tramp noyabrın 26-da verdiyi açıqlamada Çinlə ABŞ-a külli miqdarda narkotik, xüsusilə də fentanil göndərilməsi ilə bağlı çoxlu danışıqlar apardığını, lakin danışıqların nəticəsiz qaldığını bildirib.
“Çinli nümayəndələr mənə dedilər ki, bunu edən narkotik alverçilərinə maksimum cəza, edam cəzası veriləcək, lakin təəssüf ki, onlar heç vaxt bunu etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməyən səviyyədə, çoxu isə Meksika vasitəsilə daxil olmaqda davam edir”, – Tramp dedi. “Biz bunu dayandırana qədər Çindən ABŞ-a daxil olan bütün məhsullara əlavə rüsumların üzərinə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyik”.
Mənbə: HurriYet