Dünya

Trampdan “İran” mesajı: “Biz hücum etməsəydik, onlar edəcəkdi”

ABŞ Prezidenti Donald Trump İranla bağlı açıqlamasında ölkəsini müharibəyə İsrailin sürüklədiyi iddialarını təkzib edib və ilk hücumu İranın edəcəyinə əmin olduqlarını bildirib.

Tramp Friedrich Merz ilə Ağ Evdə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, “Əslində İsraili mən məcbur etmiş ola bilərəm. Mənim qənaətim bu idi ki, ilk hücumu İran edəcəkdi. Biz hücum etməsəydik, onlar edəcəkdi”.

ABŞ lideri İranın ilk zərbəni endirəcəyinə əmin olduğunu vurğulayaraq, bunun qarşısını almaq üçün əvvəlcədən hərəkət etdiklərini qeyd edib. O, İranın hava hücumundan müdafiə sistemlərinin və digər hərbi imkanlarının ciddi şəkildə zərər gördüyünü iddia edib.

Tramp həmçinin İspaniyanın ABŞ-a hərbi bazalarından istifadə etməyə icazə verməməsinə sərt reaksiya göstərərək, Madridlə ticarət əlaqələrinin kəsilə biləcəyini deyib. O, Avropa ölkələrinin İran məsələsində ABŞ və İsrailə daha açıq dəstək verməli olduqlarını vurğulayıb.

Almaniya kansleri Fridrix Merz isə İran məsələsində ABŞ və İsraillə eyni mövqedə olduqlarını bildirib.

Bundan əvvəl Marco Rubio da ABŞ-ın İranın mümkün hücumunu gözləmək əvəzinə qabaqlayıcı addım atdığını açıqlamışdı.

Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də İrana hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq bölgədə ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra ölkələrdə hədəflərə zərbələr endirib. İran tərəfi hücumlar nəticəsində yüzlərlə insanın həyatını itirdiyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

İsrailin Livana hücumları nəticəsində azı 10 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu