DünyaSiyasət

Trampdan İrana sərt xəbərdarlıq: Razılaşma imzalanmasa, yenidən zərbə endirəcəyik

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt bəyanatla çıxış edib.

O, İran ərazisinə endirilən son zərbələri şərh edərək bildirib ki, Tehran Vaşinqtonun təklif etdiyi razılaşmanı qəbul etməsə, hücumlar davam etdiriləcək.

Trampın sözlərinə görə, son əməliyyat zamanı İran daxilindəki hədəflərə qarşı 49 “Tomahawk” raketindən istifadə olunub. Hədəflərin bir qisminin paytaxt Tehran yaxınlığında yerləşdiyi qeyd edilib.

ABŞ lideri həmçinin ölkəsinə məxsus hərbi təyyarələrin İran hava məkanında fəaliyyət göstərdiyini və ölkənin cənub-qərbində yerləşən radar və hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini iddia edib.

Donald Tramp bildirib ki, İranın yüksək vəzifəli rəsmiləri onunla əlaqə saxlayaraq hücumların dayandırılmasını istəyiblər. Bununla belə, o vurğulayıb ki, Tehran razılaşmanı imzalamasa, ABŞ yeni hərbi əməliyyatlara başlayacaq.

ABŞ prezidentinin açıqlaması Vaşinqtonla Tehran arasında gərginliyin daha da artdığı bir vaxta təsadüf edir. Hadisələrin sonrakı inkişafı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu