ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin telefonla danışıb. “Putin açıq şəkildə bildirdi ki, Ukrayna öz hava limanlarına edilən son hücuma cavab verməli olacaq”, – Tramp bildirib.
Görüşdən sonra o, sosial media hesabından açıqlama verərək, “Putinlə danışdım, hələ sülh yoxdur. Putinlə Ukraynanın Rusiyaya hücumu ilə bağlı da danışdıq. Putin açıq şəkildə bildirdi ki, Ukrayna son günlər hava limanlarına edilən hücuma cavab verməli olacaq. Putin də İranla danışıqlarımıza qatılacaq”.
Kreml Sarayından verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir Putin Papa XIV Leo ilə telefon danışığı aparıb.
Ukrayna böhranının müzakirə edildiyi görüşdə Putin böhranın siyasi diplomatiya yolu ilə həllinin tərəfdarı olduğunu, böhranın kök səbəblərinin aradan qaldırılmasının lazım olduğunu vurğulayıb.
Putin bazar ertəsi İstanbulda Türkiyənin ev sahibliyi ilə Rusiya ilə Ukrayna arasında aparılan danışıqların nəticələri barədə Roma Papasını məlumatlandırıb və ukraynalı uşaqların qohumlarına qovuşması üçün əlindən gələni etdiyini bildirib. Vladimir Putin Roma Papasına Ukrayna böhranının həllinə töhfə verməyə hazır olduğuna və Vatikanın humanitar məsələlərin həllində iştirakına görə təşəkkür edib.
Görüş zamanı vurğulanıb ki, “Kiyev administrasiyası Rusiya ərazisində mülki infrastruktur elementlərinə hücumlar təşkil etməklə vəziyyəti gərginləşdirməyə çalışır və bu, terror aktıdır”.
Görüş zamanı Ukraynadakı pravoslav kilsəsi ilə bağlı vəziyyət də müzakirə edilib və “Vatikan Kiyev administrasiyasının Ukrayna Pravoslav Kilsəsini məhv etməyə yanaşması ilə bağlı Ukraynada dini azadlığı daha fəal dəstəkləyəcəyi” ümidi paylaşılıb.
Mənbə: HurriYet