ABŞ prezidenti Donald Trampın 18 yaşlı nəvəsi Kay Tramp yeni qurduğu geyim şirkətini tanıtmaq üçün babasından istifadə edib.
Hər birinin adının və soyadının olduğu qara, ağ və sürməyi köynəkləri 130 dollara (5400 TL) satan Kai babası prezident Trampla birlikdə Marine Force One helikopterinə minməzdən əvvəl öz brendindən olan sweatshirtlə kameralar qarşısına keçib. “Bu kolleksiya mənim çoxdan arzuladığım layihədir” deyə Kay Tramp qeyd edib.
“Nəhayət layihəm həyata keçdiyi üçün çox şadam.”
Həmçinin xəbərdə qeyd olunub ki, Tramp ailəsi tez-tez ABŞ prezidentliyinin ofisindən kommersiya genişləndirilməsi üçün istifadə etdiyinə görə tənqid olunur.
Mənbə: HurriYet